...

29 yaşlı kişi 23 yaşlı qızı "İnstagram"dakı şəkilləri ilə şantaj edib intihara sövq etdi

Hadisə Materials 1 Fevral 2024 16:06 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin 12 noyabr tarixində Bərdə rayon sakini 2000-ci il təvəllüdlü Aytən Qurbanovanın sirkə turşusu içərək intihara cəhd etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Bərdə rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, aparılmış araşdırmalarla İsmayıllı rayonu sakini 1995-ci il təvəllüdlü Qüdrət Hacıbabayevin “İnstagram” sosial şəbəkəsində saxta istifadəçi hesabı yaradaraq, Aytən Qurbanovaya məxsus fotoşəkilləri paylaşmaqla təhqir etməsi və böhtan atması, habelə onu rüsvay edəcəyi ilə bağlı hədə-qorxu gəlməsi nəticəsində sonuncunu özünü öldürmə həddinə çatdırmasına əsaslı şübhələr müəyyən edilib.

Faktı ilə bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatırma) və 148-1-ci (internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə) maddələrilə cinayət işi başlanaraq istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti