Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyi (FHN) Göygöldə baş verən ağır qəza ilə bağlı məlumat yayıb.
Trend-in məlumatına görə, nazirliyin "112" qaynar telefon xəttinə Göygöl rayonununda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
FHN-in Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili ilə “QAZ” markalı yük avtomobili toqquşub, 1 nəfər “Mercedes” markalı avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
xxx
08:10
Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunda qeydə alınıb.
Hətəkətdə olan "Mersedec Vito" markalı mirkoavtobusla "QAZ " markalı yük maşını toqquşub.
Qəza nəticəsində 1981-ci il təvəllüdlü Duman Abdulayev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.