Ağdərə. Trend:
Ağdərə rayonunun Suqovuşan kəndində anasını bıçaqlayan oğul saxlanılıb.
Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, keçirilən tədbirlər nəticəsində 2005-ci il təvəllüdlü Vüqar Ələkbərov polis tərəfindən saxlanılıb.
Xatırladaq ki, ötən gün Suqovuşan kəndində Ələkbərova Məhbubə Əyyub qızı oğlu tərəfindən bıçaqlanıb.