...

“Cəfər Cabbarlı” stansiyasının giriş-çıxışına tətbiq edilən məhdudiyyət aradan qaldırılıb (YENİLƏNİB)

Hadisə Materials 14 Noyabr 2025 10:12 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

“Cəfər Cabbarlı” stansiyasına bitişik yeraltı keçiddə yerləşən ticarət mağazasında tüstülənmədən sonra stansiyanın giriş-çıxışına tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.

Trend xəbər verir ki, bu barədə "Bakı Metropolitei" QSC məlumat yayıb. "Stansiya sərnişinlərin giriş-çıxışına tam açılıb",- deyə qurumdan bildirilib.

10:12

xxx

“Cəfər Cabbarlı” stansiyasına bitişik yeraltı keçiddə yerləşən ticarət mağazasında tüstülənmə baş verib.

Trend xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, tüstülənmənin nəticələrinin sərnişinlərə təsirlərinin qarşısını almaq məqsədilə “Cəfər Cabbarlı” stansiyasının giriş və çıxış qapıları dərhal bağlanılıb, havalandırma sistemi sovurma rejiminə keçirilib.

“Cəfər Cabbarlı” və “28 May” stansiyalarının, həmçinin “Cəfər Cabbarlı-Xətai” mənzilində qatarların hərəkəti normal iş rejimi şəraitində təmin edilir.

Saat 10:00-da stansiyanın giriş-çıxışı istifadəyə veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti