...

Ömürlük həbsə məhkum edilən şəxsin cəzası dəyişdirildi

Hadisə Materials 2 Dekabr 2025 12:27 (UTC +04:00)
Ömürlük həbsə məhkum edilən şəxsin cəzası dəyişdirildi

Bakı. Trend:

Ömürlük azadlıqdan məhrum edilən Asəf Məmmədov ona verilmiş cəzadan kassasiya şikayəti üzrə məhkəmə keçirilib.

Trend xəbər verir ki, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, aşağı instansiya məhkəməsinin qərarı dəyişdirilib.

Aşağı instansiya məhkəməsinin çıxardığı cəza tamamilə ləğv edilib və cəza 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə dəyişdirilib.

Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs ömürlük məhkum edilib. Gəncə Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

Belə ki, Tərtər rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Namiq Allahverdiyevin odlu silahla, Gülnar Məmmədovanın isə kəsici-deşici alətlə sonuncunun əri 1979-cu il təvəllüdlü Asəf Məmmədov tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti