Bakı.Trend:
Sabunçu rayonunda maşın sərxoş kişini vurub.
Trend-in məlumatına görə, hadisə Kürdəxanı qəsəbəsində baş verib.
Belə ki, 1987-ci il təvəllüdlü Toğrul Süleymanov idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə hərəkətdə olarkən Məhəmmədli dairəsi yaxınlığında sərxoş vəziyyətdə asfalta uzanan 2003-cü il təvəllüdlü Kənan Əmirovu vurub.
O, xəstəxanada həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb.
