Ağdam.Trend:
Ağdam rayonunun Xındırıstan kəndi ərazisində əkin sahəsində kişi meyiti tapılıb.
Trend-in Qarabağ bürosu xəbər verir ki, meyiti tapılan şəxsin Baharlı qəsəbə sakini 1986-cı il təvəllüdlü Taleh Məmmədov olduğu bildirilir.
Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
