...

Göygöldə dərədən kişi meyiti tapıldı

Hadisə Materials 4 Fevral 2026 17:03 (UTC +04:00)
Göygöldə dərədən kişi meyiti tapıldı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Göygöl rayonunda kişi meyiti tapılıb. Meyit günorta saatlarında Molla Cəlilli kəndi ərazisindəki dərədən aşkar edilib.

Trend-in məlumatına görə polis və prokurorluq əməkdaşları hadisə yerinə gəlib.

Meyiti tapılan şəxsin 1986-cı il təvəllüdlü Sabiq Quliyev olduğu müəyyən edilib. Meyitin üzərində kəsilmiş, deşilmiş yaralar var.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti