...

Paytaxtda kişi yanıq xəsarətlərindən həyatını itirdi

Hadisə Materials 12 Fevral 2026 09:36 (UTC +04:00)
Paytaxtda kişi yanıq xəsarətlərindən həyatını itirdi
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakının Xəzər rayonunun Binə qəsəbəsində Atçılıq yaşayış massivlərində bədbəxt hadisə baş verib.

Trend-in məlumatına görə, hadisə fevralın 10-u saat 23 radələrində Atçılıq yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Əfsun Xanlarov Əfsun fərdi evdə öz ehtiyatsızlığı nəticəsində aldığı yanıq xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti