Bakı.Trend:
Cəlilabadda cinayət hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə fevralın 16-da saat 13 radələrində baş verib.
Belə ki, rayon sakini 52 yaşlı Azər Baxşiyevə kəsici alətlə xəsarət yetirilib. A. Baxşiyev aldığı xəsarətdən xəstəxanada ölüb.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı İbrahim Babayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
