Avqustun 14-də daxili işlər orqanları tərəfindən 29 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Məlumatda göstərilir ki, həmin cinayət fatklarından 25-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 6 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib.
Gün ərzində 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 3 yanğın hadisəsi qeydə alınıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı isə 4 fakt müəyyən edilib.