...

Yanvarın 20-nə olan kriminal xronika

Hadisə Materials 21 Yanvar 2006 14:55 (UTC +04:00)

Yanvarın 20-də daxili işlər orqanları tərəfindən 10 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 9-nun üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 10 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 6 nəfərsə yaralanıb. Gün ərzində 5 yanğın hadisəsi qeydə alınıb. Nəticədə 2 nəfər ölub, 1 nəfər isə yanıq xəsarəti alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotiklərlə əlaqəli 3, silah-sursatla əlaqəli 5 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 19 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti