...

Hacıqabulda mazut vaqonlarının aşması ilə əlaqədar cinayət işi qara qutunun öyrənilməsi başa çatdıqdan sonra başlana bilər

Hadisə Materials 21 İyun 2006 15:56 (UTC +04:00)

Mazut vaqonlarının aşması ilə əlaqədar cinayət işi qara qutunun öyrənilməsi başa çatdıqdan sonra başlana bilər. Bu barədə Trend ə Gəncə Şəhər Prokurorluğunun müstəntiqi Fazil Hüseynov məlumat verib.

F.Hüseynov bildirib ki, qara qutu hazırda Dəmiryol İdarəsindədir və o, yaxın iki gün ərzində qara qutunun öyrənilməsinə dair məlumatlar əldə etmək üçün Bakıya gələcək.

"Hər hansı istintaq hərəkətinə başlamaq üçün qara qutunun öyrənilməsi vacibdir. Çünki biz qəzaya səbəb ola biləcək amillərdən birini - məsələn, həmin vaxt qatarın hansı sürətlə hərəkət etdiyini yalnız qara qutu vasitəsiylə öyrənə bilərik" - deyə müstəntiq bildirib.

F.Hüseynov həmçinin qeyd edib ki, faktla əlaqədar araşdırma paralel olaraq Dövlət Dəmiryolu İdarəsində də aparılır. Müstəntiq Dəmiryolu İdarəsində aparılan araşdırmalar zamanı toplanan məlumatların Gəncə Şəhər Prokurorluğuna təqdim olunması ilə əlaqədar iyunun 12-də İdarəyə rəsmi məktub göndərib. "Lakin məktuba hələlik heç bir cavab verilməyib" - deyə müstəntiq bildirib.

Qəza nəticəsində xəsarət alanlardan biri Daşqın Paşayevin ayaqları amputasiya olunub və o, hazırda Travmatologiya Xəstəxanasında müalicə olunur.

Qeyd edək ki, iyunun 5-də Hacıqabul ərazisindəki Muğan stansiyasında M-40 markalı 2646 saylı 14 mazut yüklü vaqondan ibarət qatarın aşması nəticəsində 3 nəfər xəsarət alıb, ərazi mazutla çirklənib.

Xəbər lenti

Xəbər lenti