Sentyabrın 7-də Bakı şəhərinin Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Sərdar Hacıyevi odlu silahla qətlə yetirmiş 27 yaşlı Atəş Dadaşov həbs edilib. Bu barədə "Trendə" Sabunçu rayonun 14 saylı Polis Bölməsinin rəis müavini Zaur Bədəlov məlumat verib.
Qeyd edək ki, Sərdar Hacıyev Maştağa qəsəbəsi ərazisində Mehti Hüseynzadə küçəsində öz şəxsi avtomobilində Makarov markalı tapancadan açılmış 5 atəş ilə qətlə yetirilib. Qətlə yetirilmiş şəxs əvvəllər qanunsuz odlu silah saxlama və narkotik vasitələrin alverinə görə iki dəfə məhkum edilib.
Qətldən iki gün əvvəl isə Atəş Dadaşovla Sərdar Hacıyevin möhkəm mübahisələri olub. Faktla əlaqədar Sanunçu rayonunda cinayət işi başlanılıb və Atəş Dadaşov istintaqa cəlb edilib. Hazırda qətlin səbəbləri araşdırılır.