...

Tovuz rayon Prokurorluğu: Vaqonların aşması nəticəsində insan tələfatı olmadığı üçün cinayət işi başlanmayıb

Hadisə Materials 15 Yanvar 2007 12:37 (UTC +04:00)

Yanvarın 13-də Tovuz rayonu Qovlar stansiyası yaxınlığında Bakıdan Gürcüstana gedən yük qatarının aşması nəticəsində insan tələfatı və xəsarət alan olmadığı üçün cinayət işi başlanmayıb. Bu barədə Trend ə Tovuz rayon Prokurorluğunun müstəntiqi Fuad Musayev məlumat verib.

F.Musayev onu da bildirib ki, hazırda hadisə yerində FHN-nin, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdakşları çirklənmiş ərazinin təmizlənməsi ilə məşğuldurlar. Ərazidə müxtəlif texniki avadanlıqlar quraşdırılıb və demək olar ki, ətrafa dağılmış neftin böyük bir hissəsi təmizlənib.

Qeyd edək ki, yük qatarının 25, 26, 27 - ci vaqonlarının dəmiryol xəttindən çıxaraq aşması nəticəsində təqribən 30 tona yaxın xam neft ətrafa dağılmışdı. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti