...

Akademiyanın prezidenti: "Quba və Neftçala rayonlarıdan tapılan kütləvi məzarlıqlarla bağlı hərtərəfli araşdırma aparılmalıdır"

Hadisə Materials 18 Aprel 2007 17:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Quba və Neftçala rayonlarıdan tapılan kütləvi məzarlıqlarla bağlı hərtərəfli araşdırma aparılmalıdır və əvvəlcədən hər hansı bir rəy söyləmək mümkün deyil. Bu barədə çərşənbə günü Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov məlumat verib.

M.Kərimov qeyd edib ki, kütləvi məzarılıqla bağlı tibbi ekspertiza aparılmalı, tarixçilər məsələni apaşdırmalı, arxivlərdən mümkün olan məlumatlar əldə olunmalıdır: "Bütün bu işlər başa çatandan sonra hər hansı rəy söyləmək mümkündür."

Akademiya prezidentinin sözlərinə görə, artıq məsələni araşdırmaq üçün Dövlət Komissiyası yaradılıb. Komissiya müvafiq araşdırmalar aparır.

M.Kərimov bildirib ki, xarici ekspertlərin bu araşdırmalara cəlb olunması mümkündür.

"Lakin ilkin tədqiqatları biz özümüz aparmalıyıq. Çünki bu məzarlıqlarla bağlı dəqiq məlumat yoxdur. Bəlkə də orada tapılanlar hansısa kütləvi qırğına məruz qalmış insanların qalıqlarıdı və ya hansısa epidemiya nəticəsində dünyasını dəyişmiş insanlardır. Ona görə də bütün bu məsələlər araşdırılmalıdır", -deyə Mahmud Kərimov bildirib.

Bir neçə gün əvvəl Quba və Neftçala rayonlarının ərazisində insanların kütləvi şəkildə basdırıldıqları məzarlıqlar tapılıb. Belə guman edilir ki, həmin məzarlıqlırda 1918-ci ildə ermənilər tərəfindən qətlə yetirilən azarbaycanlılar dəfn olunublar.

Xəbər lenti

Xəbər lenti