Azərbaycan, Lənkəran / Trend müxbir P.Əliyeva/ Ötən gecə saat bir radələrində Ələt -Astara yolunun 118-ci kilometrliyində Cəlilabad rayonunun Alar kəndi ərazisində iki nəfərin ölümü ilə nəticələnən yol-qəza hadisəsi baş verib.
Masallı rayon sakini Abbasəli Qəzənfər oğlu Abdulhəsənovun idarə etdiyi VAZ 2107 markalı, 10 OU 701 dövlət nömrə nişanlı avtomobillə Saatlı rayon sakini Elman İman oğlu Sarıyevin idarə etdiyi dövlət nömrə nişanı olmayan traktor toqquşub. VAZ-2107 markalı avtomobilin sürücüsü və onun qardaşı qızı, səkkiz yaşlı Zəhra Niyəməddin qızı Abdulhəsənova hadisə yerində keçiniblər. Maşında olan dörd sərnişin isə ağır bədən xəsarətləri ilə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparılaraq, ilkin tibbi yardım göstəriləndən sonra yaşadıqları Massallı rayonunun mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Cəlilalabad rayon polis şöbəsində cinayət işi başlanıb.