...

Amerikalı sərnişin qonşusunun kök olması səbəbindən 7 saat ayaqüstdə uçub

Maraqlı Materials 23 Noyabr 2011 18:21 (UTC +04:00)
"US Airways" aviaşirkətinin Ankorica-Filadelfiya reysi ilə uçan sərnişin 7 saat ayaqüstdə qalmağa məcbur olub.
Amerikalı sərnişin qonşusunun kök olması səbəbindən 7 saat ayaqüstdə uçub

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir M.Salmanov/

"US Airways" aviaşirkətinin Ankorica-Filadelfiya reysi ilə uçan sərnişin 7 saat ayaqüstdə qalmağa məcbur olub. Buna səbəb onun yanında oturan kök sərnişinin iki yeri tutması olub. Bu barədə çərşənbə günü Trend "Daily Mail" qəzetinə istinadən məlumat verir.

Artur Berkovits qonşu kürsünü kök bədən quruluşuna malik kişinin tutmasından sonra öz yerinə keçə bilməyib. "Onun bədən ölçüləri hər iki kürsünün qoltuqlarını qaldırmağa məcbur edib, bundan sonra onun bədəni mənim kreslomun yarısını tutub" , - Berkovits jurnalistlərə deyib.

Təyyarənin heyəti sərnişinə başqa bir yer təklif edə bilməyib. Belə ki, təyyarə tamamilə dolub.

Məyus olan sərnişin uçuş vaxtında təhlükəsizlik qaydalarına riayət edə bilmədiyindən şikayətlənib. "Kresloda oturmadan yanında dayanmaqla kəməri taxmaq elə də asan deyil" , - o deyib.

"US Airways" üzrxahlıq qismində Berkovitsə 200 dollarlıq çek təklif edib. Lakin o, təklifi qəbul etməyib. Berkovits bunu yersiz adlandırıb, çünki o, təyyarə biletinə görə 4 dəfə çox (800 dollar) pul xərcləyib.

Xəbər lenti

Xəbər lenti