...

Depressiya diaqnozu qoymağa cəmi bir telefon söhbəti kifayət edəcək

Maraqlı Materials 14 Avqust 2012 16:30 (UTC +04:00)
Depressiyanın ağırlığı və müalicənin nə dərəcədə yaxşı getdiyini insanın səsi ilə müəyyən etmək mümkün olacaq. Bunu Melburn Universitetinin alimləri öz fikirlərini “Biological Psychiatry” səhifələrində bölüşərkən izah ediblər.
Depressiya diaqnozu qoymağa cəmi bir telefon söhbəti kifayət edəcək

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir X.Murtuzayeva/

Depressiyanın ağırlığı və müalicənin nə dərəcədə yaxşı getdiyini insanın səsi ilə müəyyən etmək mümkün olacaq. Bunu Melburn Universitetinin alimləri öz fikirlərini "Biological Psychiatry" səhifələrində bölüşərkən izah ediblər. Onlar insanın vəziyyətini məsafədən, yəni telefonla izləməyi təklif edirlər. Bu barədə Trend Rusiya KİV-inə istinadən xəbər verir.

Məlumdur ki, insan beyninin sağlamlığının göstəricisi məhz nitqdir. Belə ki, müalicəyə yaxşı reaksiya verən depressiyalı insanlarda nitq daha sürətli, frazalar arasındakı fasilələr isə daha qısa olur. Ağır depressiyalı pasiyentlərdə isə əksinə, nitqdə fasilələr daha uzun və sürət aşağı olur.

Bu parametrlər 105 könüllü ilə aparılan təcrübə çərçivəsində hesablanıb. Alimlər depressiya markerlərinin aşkara çıxarılması üçün vaxtı, səsin hündürlüyünü, intonasiyanı qiymətləndiriblər. Araşdırma iştirakçılarından nömrəyə zəng vurmağı və avtocavabçıda öz əhvalından danışıb, kitabdan hissə oxuyaraq xəbər qoymaq (səs nümunələri) tapşırılıb.

Əldə olunan nəticələr göstərib ki, depressiyalı adamlar öz hisslərini və fikirlərini ifadə etməkdə çətinlik çəkirlər. Buradan da belə bir nəticəyə gəlmək olar ki, səs tamdəyərli diaqnostik alət rolunu oynaya bilər.

Xəbər lenti

Xəbər lenti