...

Rusiyada çağırışçıya iti ilə birgə hərbi xidmət keçməyə icazə verilib

Maraqlı Materials 22 Yanvar 2014 14:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 yanvar/Trend/

Rusiyanın Samara vilayətindən olan çağırışçı iti birlikdə hərbi xidmətə yollanıb. Trend-in çərşənbə günü RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu, Rusiyada son 20 ildə baş vermiş ilk belə hadisədir.

19 yaşlı çağırışçı erkən yaşlarından kinologiya ilə maraqlanıb. Onun "Aqata" adlı iti sərgilərdə qələbə qazanıb və Rusiya çempionu olub.

Məlumata görə, əsgər və iti Quru Qoşunların Dairə Tədris Mərkəzinin Kinologiya şöbəsinə gediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti