...

Okeanın dibində 150 il qalan şərabın dadı

Maraqlı Materials 7 Mart 2015 14:02 (UTC +04:00)
ABŞ-ın Çarlston şəhərində (Cənubi Karolina ştatı) 150 ildən çoxdur okeanın dibində qalmış şüşədəki şərab dequstasiyadan keçirilib.
Okeanın dibində 150 il qalan şərabın dadı

Azərbaycan, Bakı, 7 mart /Trend/

ABŞ-ın Çarlston şəhərində (Cənubi Karolina ştatı) 150 ildən çoxdur okeanın dibində qalmış şüşədəki şərab dequstasiyadan keçirilib.

Trend-in məlumatına görə, bu şüşə 4 il əvvəl Bermud adalarının sahillərində tapılıb.

Ekspertlərin sözlərinə görə, şüşədəki şərabın dadı duzlu su, benzin və sirkə qarışığını xatırladır. Alkoqol və sitrus dadları da şərabdan yan keçməyib.

Dequstasiya mərasiminin keçirildiyi mətbəx festivalına onlarla insan qatılıb.

Qeyd edək ki, ABŞ-da 1861-1865-ci illərdə baş vermiş vətəndaş müharibəsi zamanı yük daşıyan "Mary Celestia" gəmisi qayaya çırpıldıqdan 6 dəqiqə sonra batıb. İndi gəminin qalıqları 151 ildir Atlantik okeanın dibindədir. Bir neçə il əvvəl dalğıclar batmış gəmidən bir neçə şüşə şərab çıxarmışdılar ki, onlardan biri də festivalda dequstasiyadan keçirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti