...

AZAL-ın yeni "1 + 1" aksiyası - bir aviabilet al, ikincini pulsuz əldə et

Maraqlı Materials 11 Mart 2016 14:23 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" (AZAL) Novruz bayramına həsr olunan yeni aksiyanın başlanması barədə elan edir.
AZAL-ın yeni "1 + 1" aksiyası - bir aviabilet al, ikincini pulsuz əldə et

Bakı. Trend:

"Azərbaycan Hava Yolları" (AZAL) Novruz bayramına həsr olunan yeni aksiyanın başlanması barədə elan edir. "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, milli bahar bayramı olan Novruz bayramı müddətində istənilən şəxs bir aviabiletin qiymətinə ekonom və ya biznes sinfi üzrə iki bilet əldə edə biləcək.

Aksiya Bakıdan/Bakıya aşağıdakı istiqamətlər üzrə gediş-dönüş aviabiletlərinə şamil olunur: London, Paris, Berlin, Təl-Əviv, Pekin, həmçinin Nyu-York. İkinci aviabiletə görə inzibati yığımlar istisna olmaqla ödəniş tutulmur.

Aksiya çərçivəsində aviabiletlərin satış müddəti: 18-27 mart, 2016-cı il
Uçuşların müddəti : 1 aprel-31 may, 2016-cı il

Aksiya çərçivəsində alınan aviabiletlər eyni bir reysə və xidmət sinfinə aid olmalıdır. Aksiyanın şərtlərinə əsasən, aviabiletlər yalnız birlikdə dəyişdirilə bilər.

Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında əldə etmək mümkündür.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:

(+99412) 598-88-80
*8880
e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti