...

Kanadadan piyada və pulsuz Azəraycana gələn səyahətçi (FOTO)

Maraqlı Materials 10 Sentyabr 2016 10:23 (UTC +04:00)
Özünü Vadam adlandırılan kanadalı qeyri-adi səyahətçi Bakıya gəlib.
Kanadadan piyada və pulsuz Azəraycana gələn səyahətçi (FOTO)

Bakı. Vüqar İmanov – Trend:

Özünü Vadam adlandırılan kanadalı qeyri-adi səyahətçi Bakıya gəlib.

Qadın səyahətçi Trend-ə bildirib ki, səkkiz illik səyahəti ərzində dünyanın təqribən 15 ölkəsindən keçib.

Dağlar və meşələrdə səyahət edən Vadam qeyd edib ki, səyahət zamanı yalnız təbiətin verdiyi nemətlərdən – meyvə, giləmeyvə, tərəvəzlə qidalanmağa üstünlük verir: “Piyada və avtostopla səyahət edirəm”.

O, barabanı ilə özünə qazanc əldə etdiyini deyir: “Sadəcə otururam və barabanda musiqi çalıram”.

Vadam Azərbaycanda çox müsbət enerjili mühit olduğunu əlavə edib: “Şəhərin arxitekturası və Bulvar çox xoşuma gəldi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti