...

İlk dəfə okean axınlarından elektrik enerjisi alınıb

Maraqlı Materials 22 Avqust 2017 10:02 (UTC +04:00)
Yeni qurğudan 2020-ci ildən başlayaraq istifadə olunacağı gözlənilir.
İlk dəfə okean axınlarından elektrik enerjisi alınıb

Bakı. Trend:

Yaponiyanın “IHI Corporation” şirkəti Yeni Energetikanın və Sənaye Texnologiyalarının İnkişafı Təşkilatı ilə birlikdə dünyada ilk dəfə okean axınlarından istifadə etməklə elektrik enerjisinin istehsalına imkan yaradan avadanlığı sınaqdan keçirib.

Trend-in məlumatına görə, Kuçinoşima adasının yaxınlığında keçirilən sınaq zamanı Kuroşio axını rayonunda 20-50 metr dərinlikdə metal silindrlərdən ibarət avadanlıq yerləşdirilib.

Təqribən 20 metr uzunluğunda silindrlərdən ikisinin kənarında hər biri 11 metr diametrə malik kürəklərlə təchiz edilmiş iki generator quraşdırılıb. Sınaq zamanı mütəxəssislər 30 kilovat gücündə elektrik enerjisi əldə ediblər.

Yeni qurğudan 2020-ci ildən başlayaraq istifadə olunacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti