...

"Apple" yeni elastik "iPhone"un hazırlanması üzərində işləyir

Maraqlı Materials 13 Oktyabr 2017 05:33 (UTC +04:00)
"Apple" korporasiyası yeni elastik ekrana sahib olacaq "iPhone"un hazırlanmasına başlayıb.
"Apple" yeni elastik "iPhone"un hazırlanması üzərində işləyir

Bakı. Trend:

"Apple" korporasiyası yeni elastik ekrana sahib olacaq "iPhone"un hazırlanmasına başlayıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, "LG Display" "iPhone"un yeni modeli üçün əyilən OLED ekranının hazırlanması üzrə komanda yaradıb. Bundan başqa, "LG Innotek" həm elastik, həm də dözümlü olacaq çap platasını lahiyələndirməyə başlayıb.

Qeyd olunur ki, "Samsung" çox guman ki əyilən smartfonu artıq növbəti il buraxacaq, "Apple" isə bunu yalnız 2020-ci ildə edə biləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti