...

Robotların yemək bişirdiyi restoran açıldı

Maraqlı Materials 25 May 2018 15:03 (UTC +04:00)
ABŞ-ın Boston şəhərində yemək hazırlanma prosesinin robotlar tərəfindən həyata keçirildiyi restoran açılıb
Robotların yemək bişirdiyi restoran açıldı

Bakı. Trend:

ABŞ-ın Boston şəhərində maraqlı restoran fəaliyyətə başlayıb.

Belə ki, Trend-in məlumatına görə, bu restoranın özəlliyi ondadır ki, burada yemək hazırlanma prosesi robotlar tərəfindən həyata keçirilir.

“Spyce” adı verilən restoranda əsasən salatlar təklif olunur.

Qeyd olunur ki, restoran Massaçusets Texnoloji İnstitutunun dörd tələbəsi tərəfindən açılıb. Gələcəkdə restoranın menyusunda daha çətin yemək növlərinin yer alacağı planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti