...

“Google Books” süni intellektin yazdığı keyfiyyətsiz kitabları indeksləşdirir

Maraqlı Materials 6 Aprel 2024 20:24 (UTC +04:00)
“Google Books” süni intellektin yazdığı keyfiyyətsiz kitabları indeksləşdirir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Google Books” süni intellekt tərəfindən yazılması ehtimal edilən bir neçə kitab tapıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, “404Media” nəşri “Google Books”da ChatGPT kimi çatbotların tez-tez işlətdiyi “Bazanın son yeniləməsi zamanı” funksiyasından istifadə edərək axtarış aparıb.

Siz “Google Books”da xüsusi cümlələr və ya terminlər axtara bilərsiniz. Nəşr müəyyən edib ki, axtarışların ilk səhifələrində yer alan kitabların əksəriyyəti süni intellektlə bağlı əsərlərdir. Lakin bu nəticələr arasında süni intellektdən bəhs edilməyən və bot tərəfindən yazılmış kimi görünənlər də var.

Məsələn, Tristin Makiverin “Ayılar, öküzlər və qurdlar: İyirmi yaşlılar üçün birja ticarəti” kitabı. Görünür, onun mətni Vikipediya məqalələrindən köçürülüb və orada “Son məlumatlar bazası yeniləməsi zamanı” ifadəsi də var.

“Google Books” dilin zamanla necə dəyişdiyini izləməyə imkan verən tədqiqat vasitəsi olan “Ngram - viewer” proqramında istifadə edilən məlumatların əksəriyyətini ehtiva edir. “Ngram” dilin istifadəsinin necə inkişaf etdiyini göstərmək üçün məlumatı yazılı əsərlərdən alır.

Xəbər lenti

Xəbər lenti