...

Tbilisidə Azərbaycan səfirinin "Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü və onun hüquqi nəticələri" adlı kitabının təqdimatı keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Oktyabr 2009 12:47 (UTC +04:00)
"Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü və onun hüquqi nəticələri" kitabı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında vacib rol oynayacaq. Bu fikri dünən görüş iştirakçıları Tbilisidə kitabın təqdimatında bildiriblər.
Tbilisidə Azərbaycan səfirinin "Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü və onun hüquqi nəticələri" adlı kitabının təqdimatı keçirilib

Gürcüstan, Tbilisi, 27 oktyabr / Trend , müxbir N.Kirtsxaliya /

"Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü və onun hüquqi nəticələri" kitabı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında vacib rol oynayacaq. Bu fikri dünən görüş iştirakçıları Tbilisidə kitabın təqdimatında bildiriblər.

Dünən Tbilisidə "Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü və onun hüquqi nəticələri" adlı kitabın təqdimatı keçirilib. Təqdimatda Tbilisiyə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Gürcüstan Parlamentinin deputatları, politloqlar, kofliktoloqlar, ekspertlər, alimlər və jurnalistlər iştirak edib. İştirakçılar arasında professor Bondo Arveladze, Gürcüstan Parlamentinin deputatı Azər Süleymanov, ekspert Zurab Abaşidze də olub.

İngilis və rus dillərində nəşr olunan kitabın tərtibatçısı və kitabın müqəddiməsinin müəllifi Azərbaycan Respublikasının Gürcüstandakı səfiri, hüquq elmləri doktoru, professor Namiq Əliyevdir. "Biz bu kitabın hazırlanmasını vacib hesab etdik. Kitabda Azərbaycan dövləti tərəfindən hazırlanan və Azərbaycan dövlətinin hüquqi mövqeyini əks etdirən BMT-də yayımlanan üç məruzə yer alır", - səfir bəyan edib.

Onun sözlərinə əsasən, sözügedən məruzələr bütün bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması nöqteyi-nəzərindən böyük rola malikdir. "Hər bir dövlətin Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın Azərbaycana qarşı hərbi təcüvüzünə dair öz fikri var. Hazırda bu məsələni dünya ictimaiyyətinə çatdırmaq üçün müxtəlif cəhdlər edilir. Azərbaycan dövləti tərəfindən hazırlanan üç məruzədə münaqişənin hüquqi əsasları açıqlanır. Məruzələrdə təcüvüzkarlığın nə demək olduğu, iki prinsipin - ərazi bütövlüyü toxunulmazlığı və öz müqqədəratını təyin etmə prinsiplərinin bir-biri ilə ziddiyyət təşkil etməməsi, əksinə, bir-birinə uyğun olması, sadə formada işlənməsi, Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsi barədə danışılır", - Əliyev qeyd edib.

Məruzələrdə Azərbaycanın mövqeyi əsaslanmış formada verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti