...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Mart 2010 10:47 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Azərbaycan, Bakı, 4 mart / Trend /

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 3-də saat 23.05-dən 23.15-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 23.30-dən 23.45-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəklirdə yerləşən mövqelərdən;

- saat 18.30-dan 18.35-dək, martın 4-də saat 02.50-dən 03.15-dək Ağdam rayonunun Kəngərli və Sarıcalı kəndləri yaxınlığında yerləşən mövqelərdən;

- saat 02.50-dən 03.45-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti