...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Mart 2010 10:49 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 8-də saat 13.50-dən 14.20-dək Ermənistan Respublikası Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi... avtomat və pulemyotlardan atəşə tutublar
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 9 mart / Trend /

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 8-də saat 13.50-dən 14.20-dək Ermənistan Respublikası Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi; saat 12.40-dan 12.45-dək və 14.23-dən 14.38-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti