ABŞ-ın əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaqdır – politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Aprel 2010 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan politoloqunun fikrincə, Ermənistan prezidentinin ABŞ-a dəvət edilməsində də əsas məqsəd bununla bağlıdır.

"Aprel ayında keçiriləcək Nüvə Təhlükəsizliyi Konfransına dəvət olunan Ermənistan prezidenti Serj Sərkisyana Türkiyə ilə münasibətlərin normallaşması üçün təzyiqlər ediləcək". - Çərşənbə axşamı Trend Xəbərlər Şirkətində keçirilən tədbirdə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu bildirib.

Trend-in arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, FransaABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

"Əhmədoğlunun sözlərinə görə, ABŞ-a səfər zamanı Ermənistan prezidentinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təzyiq göstəriləcəyi də istisna olunmur", - politoloq əlavə edib.

Onun fikrincə, Ermənistan hazırda Dağlıq Qarabağ ətrafındakı 7 rayonu qaytarmağa hazırdır. "Ermənistanda da torpaqların Azərbaycana qaytarılması ehtimalının mümkünlüyündən danışanların sayı artır", - Əhmədoğlu vurğulayıb.

Politoloq deyib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin dinc yolla tənzimlənməsi haqqında yenilənmiş Madrid prinsiplərinə Azərbaycanın münasibəti müsbətdir. "Ermənilərin fikrincə, Azərbaycan güclü tərəfdir, getdikcə mövqeyi güclənir. Onlar deyirlər ki, Madrid prinsiplərinin yeni variantında Azərbaycanın maraqlarına zidd olan məsələləri öz maraqlarına uyğunlaşdıra bilməsə də, neytrallaşdıra bilib. Ona görə indi Sərkisyanın da bəyan etdiyi kimi, Dağlıq Qarabağ ətrafındakı 7 rayonun boşalmasından başlanan prosesə rəvac verən sənədi Ermənistan imzalamağa məcbur olacaq", - o xatırladıb.

Xəbər lenti

Xəbər lenti