Azərbaycan, Bakı, 24 may /Trend/
Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 23-də saat 20:45-dən 21:00-dək Ermənistanın Berd rayonu ərazisindəki Mosesgerx və Qarasu kəndlərindən Azərbaycan Silahlı Qüvvələrinin Əlibəyli kəndi və Tovuz rayonu ərazisində yerləşən adsız yüksəkliklərdəki mövqelərini, saat 13:50-dən 14:05-dək isə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığındakı üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.