...

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyun 2010 11:05 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs pozulub

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 3-də saat 18:45-dən 19:00-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 19:47-dən 20:15-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; saat 20:30-dan 20:45-dək Göygöl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; saat 22:35-dən 23:05-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Xəbər lenti

Xəbər lenti