...

Azərbaycanın Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş çavuşu ilə bağlı BQXK araşdırmaya başlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Avqust 2010 10:18 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş çavuşu ilə bağlı BQXK-nin Azərbaycan Nümayəndəliyi araşdırmaya başlayıb.
Azərbaycanın Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş çavuşu ilə bağlı BQXK araşdırmaya başlayıb

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş çavuşu ilə bağlı BQXK-nin Azərbaycan Nümayəndəliyi araşdırmaya başlayıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycan Nümayəndəliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, kiçik çavuş Roman Novruz oğlu Hüseynovun avqustun 27-də əsir düşməsi barədə KİV-də dərc olunan məlumatların araşdırılması üçün qurum tərəfindən Ermənistandakı nümayəndəliyə sorğu  göndərilib.

Azərbaycan Nümayəndəliyindən bildirilib ki, Hüseynovun əsir düşməsi ilə bağlı hələlik rəsmi məlumat daxil olmayıb.

Ermənistan KİV 1985-ci il təvəllüdlü Hüseynovun əsir düşməsi barədə məlumatlar yayıb.

İnformasiya Azərbaycan Müdafiə Nazirliyi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən rəsmi təsdiq edilməyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti