...

Azərbaycan Silahlı Qüvvələri erməni hərbçilərinin hücümunun qarşısını alıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Avqust 2010 22:35 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri çərşənbə axşamı atəşkəs rejimini pozaraq Tərtər rayonunun Çaylı kəndi istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum etməyə cəhd edib.
Azərbaycan Silahlı Qüvvələri erməni hərbçilərinin hücümunun qarşısını alıb

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir R.Daraxşan/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri çərşənbə axşamı atəşkəs rejimini pozaraq Tərtər rayonunun Çaylı kəndi istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum etməyə cəhd edib.

Trend-in bölgə müxbirinin məlumatına görə, Azərbaycan qoşunlarının hücumun qarşısını alması nəticəsində erməni tərəfi bir neçə itki verib.

Ermənistan KİV-lərin məlumatına görə, döyüş nəticəsində bir erməni əsgəri yaralanıb.

Azərbaycan Müdafiə Nazirliyindən bu insidenti dəqiqləşdirmək mümkün olmayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti