...

Azərbaycanda çap olunan seçki bülletenləri saat 10:00-dan paylanmağa başlanılıb - MSK

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Oktyabr 2010 10:04 (UTC +04:00)
Azərbaycanda çap olunan seçki bülletenləri bu gün saat 10:00-dan paylanmağa başlanılıb. Bu barədə Trend-ə Mərkəzi Seçki Komissiyası (MSK) mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanda çap olunan seçki bülletenləri saat 10:00-dan paylanmağa başlanılıb - MSK

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Azərbaycanda çap olunan seçki bülletenləri bu gün saat 10:00-dan paylanmağa başlanılıb. Bu barədə Trend-ə Mərkəzi Seçki Komissiyası (MSK) mətbuat xidmətindən məlumat verilib.

Verilən məlumata əsasən, ilk növbədə, seçki bülletenləri 1 saylı Şərur-Sədərək Seçki Dairəsində paylanılır. Bu gün bir neçə dairədə paylanma həyata keçiriləcək.
Azərbaycanda 5 milyondan artıq seçki bülleteni çap olunur.

Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, seçicilərin sayından 3% artıq bülleten çap olunacaq.

Oktyabrın 22-dən Parlament seçkisi ilə bağlı seçki bülletenlərinin çapına başlanılıb. Seçki bülletenləri Azərbaycan Respublikası Milli Məclisinin mətbəəsində mətbəə üsulu ilə çap edilir.

Bülletenləirn mətni, forması, sayı və hazırlanması qaydasına dair qərar Mərkəzi Seçki Komissiyasının oktyabrın 1-də keçirilmiş iclasında qəbul edilib.

Azərbaycanda Parlament seçkisi noyabrın 7-də keçiriləcək.

Azərbaycan Respublikası Seçki Məcəlləsinə görə, seçki bülletenlərinin mətni və forması, onların sayı, hazırlanmasına aid tələblər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı ilə səsvermə gününə  ən geci, 35 gün qalmış təsdiq edilməli, qeydə alınmış seçicilərin sayından 3 faizdən artıq olmamaq şərti ilə səsvermə gününə, ən azı, 10 gün qalmış Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndələrinin müşahidəsi altında müvafiq qaydada hazırlanmalıdır.

Xəbər lenti

Xəbər lenti