...

Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır - XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Sentyabr 2011 14:28 (UTC +04:00)
Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır. Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib. Trend-in məlumatına görə, xəbəri nazirliyin saytı yayıb.
Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır - XİN

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir E.Tariverdiyeva/

Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır. Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib. Trend-in məlumatına görə, xəbəri nazirliyin saytı yayıb.

"Ərazi bütövlüyü, güc tətbiq edilməməsi prinsiplərinin beynəlxalq hüququn digər əsas norma və prinsipləri kimi dəstəklənməsini təsdiqləyirik", - Lukaşeviç Dağlıq Qarabağ separatçılarının "seçkilərini" şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupundakı digər həmsədrlər - ABŞ və Fransa ilə sıx qarşılıqlı əlaqədə Dağlıq Qarabağ probleminin nizamlanması işində aktiv vasitəçilik səyləri həyata keçirir.

"Qarabağ düyününün güzəştli açılışına tezliklə nail olunması məqsədilə Azərbaycan və Ermənistan tərəflərinə yardımı davam etdirəcəyik", - Lukaşeviç deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti