...

Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən dağıdılmış dini abidələrin siyahısı təqdim edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Noyabr 2012 11:27 (UTC +04:00)
Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən dağıdılmış dini abidələrin siyahısı artıq hazırdır.
Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən dağıdılmış dini abidələrin siyahısı təqdim edilib

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən dağıdılmış dini abidələrin siyahısı artıq hazırdır. Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov jurnalistlərə deyib. Onun sözlərinə görə, siyahıya 67 abidə daxil edilib.

Komitə sədri qeyd edib ki, bu yaxınlarda Londonda keçirilmiş "Avropada multikulturalizm konteksində Azərbaycanda tolerantlıq modeli" adlı konfransda bununla bağlı təqdimat keçirilib.

"Söhbət burada alban, xristian kilsəsinə məxsus, mənimsənilmiş abidələrindən gedir. Bunlar, eyni zamanda, Azərbaycanın işğal olnmuş ərazilərindəki İslam irsinə məxsus məbədlər və dini mərkəzlər haqqında məlumatları da dünya ictimaiyyətinə çatdıracağıq", - İskəndərov deyib.

Komitə sədri dünya ictimaiyyətinə təqdim edilən bu məlumatların geniş marağa səbəb olduğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti