...

Azərbaycanın Dövlət Komissiyası Ermənistanı əvvəlcədən razılaşdırılmış prosedurdan kənara çıxmaqda ittiham edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Noyabr 2012 14:38 (UTC +04:00)
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistanı əvvəlcədən razılaşdırılmış prosedurdan kənara çıxmaqda ittiham edib.
Azərbaycanın Dövlət Komissiyası Ermənistanı əvvəlcədən razılaşdırılmış prosedurdan kənara çıxmaqda ittiham edib

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistanı əvvəlcədən razılaşdırılmış prosedurdan kənara çıxmaqda ittiham edib.

Trend-in Komissiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, Komissiyanın beynəlxalq təşkilatlarla apardığı səmərəli danışıqlar nəticəsində, 12 noyabrda Qazax rayonu ərazisində Ermənistan hərbiçiləri tərəfindən girov götürülmüş Azərbaycan vətəndaşı 1972-ci il təvəllüdlü Alıyev Telman Cavanşir oğlu 30 noyabrda Qazax rayonu Bala Cəfərli kəndi istiqamətində, qoşunların təmas xəttində girovluqdan azad olunub.

Vətəndaş T.Alıyev azad olunduqdan sonra aidiyyəti dövlət qurumlarının iştirakı ilə yaxın qohumlarına təhvil verilib. Onun sağlamlıq durumu normaldır. Prosesdə Dövlət Komissiyası İşçi qrupunun, Müdafiə Nazirliyinin və neytral vasitəçi qismində Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları iştirak ediblər.

Məlumatda deyilir ki, tədbir insidentsiz başa çatsa da, erməni tərəfi əvvəlcədən razılaşdırılmış prosedurdan kənara çıxaraq bir gün öncə tədbir barədə açıqlama verib və proses günü jurnalistlərin iştirakına şərait yaradıb, görüş yerinə silahlı hərbiçilərlə gəliblər. Bununla əlaqədar Azərbaycan Respublikasının Dövlət Komissiyası yerindəcə iradını bildirib və bu irad Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistanın Dövlət Komissiyasının prosesdə iştirak edən əməkdaşlarının diqqətinə çatdırılıb.

BQXK da öz növbəsində Ermənistan Respublikasının Dövlət Komissiyasını bu addımdan çəkindirməyə səy göstərib, lakin buna müvəffəq ola bilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti