...

Çexiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə "Praqa prosesi"ndə iştirak etməyə hazırdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Aprel 2013 17:29 (UTC +04:00)
Çexiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə "Praqa prosesi"ndə iştirak etməyə və bu münaqişənin həll edilməsində konstruktiv vasitəçi rolunu oynamağa hazırdır.
Çexiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə "Praqa prosesi"ndə iştirak etməyə hazırdır

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir M.Əliyev/

Çexiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə "Praqa prosesi"ndə iştirak etməyə və bu münaqişənin həll edilməsində konstruktiv vasitəçi rolunu oynamağa hazırdır.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Çexiya Deputatlar Palatasının Xarici əlaqələr komitəsinin sədr müavini Yan Hamaçek rəhbərlik etdiyi Çexiya parlamenti nümayəndə heyətinin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşündə deyib.

"Bu, çox mürəkkəb münaqişədir, buna baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi üzrə status-kvo daim saxlanıla bilməz və "ölü nöqtə"dən tərpənməlidir. Münaqişənin həll edilməməsi işğal edilmiş ərazilərdən olan qaçqın və məcburi köçkünlərin qayğısına qalmaq məcburiyyətində olan Azərbaycan üçün böyük yükdür", - o qeyd edib.

Hamaçek bildirib ki, Dağlıq Qarabağ məsələsində status-kvonu BMT-nin qətnamələrinə riayət etməklə yerindən tərpətmək lazımdır.

"Lakin Azərbaycan mövcud münaqişə və ərazilərinin bir hissəsinin işğal edilməsinə rəğmən, son illər iqtisadi çiçəklənməyə nail olub", - o deyib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva görüşdə qeyd edib ki, Çexiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti