...

Ermənilərin daha bir yalanı ifşa olundu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Oktyabr 2013 14:11 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, qondarma "Dağlıq Qarabağ "müstəqilliyi"nin 25 illiyi" ilə əlaqədar Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində keçirilmiş konfransda özünü guya BMT-nin nümayəndəsi kimi təqdim edən Ceffri Roberston adlı şəxs bəyan edib ki, Dağlıq Qarabağın "müstəqilliyi"ni tanımağın vaxtı çatıb.
Ermənilərin daha bir yalanı ifşa olundu

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir S.Ağayeva/

Ermənilərin daha bir yalanı üzə çıxıb.

Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, qondarma "Dağlıq Qarabağ "müstəqilliyi"nin 25 illiyi" ilə əlaqədar Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində keçirilmiş konfransda özünü guya BMT-nin nümayəndəsi kimi təqdim edən Ceffri Roberston adlı şəxs bəyan edib ki, Dağlıq Qarabağın "müstəqilliyi"ni tanımağın vaxtı çatıb. O, iddia edib ki, guya BMT-nin Ədliyyə məsələləri üzrə idarəsinin əməkdaşıdır.

Azərbaycanın BMT yanında Daimi nümayəndəliyi məsələ ilə əlaqədar BMT-yə sorğu ilə müraciət edib.

BMT Ədliyyə məsələləri üzrə idarəsinin icraçı direktoru Linda Teylor cavab məktubunda C.Roberston adlı şəxsin BMT ilə əlaqəsinin olmadığını və Azərbaycanın işğal olunmuş ərazilərinə səfərin BMT-yə və rəhbərlik etdiyi idarəyə aidiyyəti olmadığını bildirib.

Bu, erməni yalanının daha bir bariz nümunəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti