Azərbaycanın millət vəkili AŞ PA-nı mülki vətəndaşları hədəfə alan Ermənistana sərt təzyiq göstərməyə çağırıb

Azərbaycanın millət vəkili AŞ PA-nı mülki vətəndaşları hədəfə alan Ermənistana sərt təzyiq göstərməyə çağırıb

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Millət vəkili Qənirə Paşayeva AŞ PA-nı azərbaycanlı köçkünlərin çağırışlarına cavab verməyə və onların Ermənistan tərəfindən pozulan huquqlarını müdafiə etməyə çağırıb.

Trend-in məlumatına görə, AŞ PA-da çıxışı zamanı millət vəkili, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Q.Paşayeva Ermənistanın törətdiyi cinayətlərə toxunaraq təşkilatı bu kimi hallara son qoymaq üçün Ermənistana təzyir göstərməyə cağırıb. O, ilk növbədə, Ermənistanın atəşkəsi pozaraq mülki vətəndaşları hədəfə almasından danışıb: "Azərbaycanla Ermənistan arasında ön cəbhə regionlarından birinin nümayəndəsi olaraq sadəcə son 4 gündə regionda mövcud məsələləri diqqətinizə çatdırmaq və Assambleyanı bu məsələyə diqqətini artırmağa çağırmaq istərdim. 4 gün əvvəl Ermənistan Silahlı Qüvvələri müntəzəm şəkildə atəşkəsi pozaraq mülki azərbaycanlıları, onların evlərini atəşə tutmuşlar. 4 gün əvvəl millət vəkili olaraq təmsil etdiyim Tovuz rayonunun Əlibəyli kənd sakini, mülki şəxs Ənayət Əliyeva Ermənistan silahlı qüvvələrinin onun evini atəşə tutması nəticəsində yaralanmış, ailə üzvləri isə ciddi sarsıntılar keçirmişlər. 3 gün əvvəl 72 yaşlı Qaraqız Nağıyeva və onun 5 yaşlı nəvəsi də Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutularaq yaralanmışdılar. Mülki şəxslərin snayperlər tərəfindən vurulması kimi bu cür faktlara digər ön cəbhə ərazilərində də rast gəlinir. Biz AŞ PA-nı Ermənistandan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə aparılan danışıqlara zərbə vuran hərəkətləri dayandırmağı tələb etməyə çağırırıq".

Ermənistanın 20 ildir Azərbaycan torpaqlarını işğalda saxlamaqda davam etdiyini vurğulayan millət Q.Paşayeva "AŞ PA bütün haqları Ermənistan tərəfindən pozulan və öz evlərinə dönə bilməyən azərbaycanlı məcburi köçkünlərin səsini duymalı və Ermənistana qarşı sərt mövqe nümayiş etdirməlidir" deyib:

"Ermənistan silahlı qüvvələri Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü pozub və artıq 20 ildən artıqdır ki, torpaqların bir hissəsini işğal altında saxlayır və BMT Təhlükəsizlik Şurası və Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul edilmiş qətnamələrə məhəl qoymur, bu gün də onlar Azərbaycanın işğal edilmiş torpaqlarını tərk etmir, 100 minlərlə məcburi köçkünün öz doğma torpaqlarına qayıtmasına imkan vermir və snayperləri mülki şəxsləri atəşə tutmaqda davam edirlər. Cəbhə bölgəsində yaşayanlar sizdən AŞ PA-nın 1416 saylı qətnaməsinin yerinə yetirilməsini gözləyirlər. Biz Assambleyanı bu məsələni ciddi müzakirə etməyə və bu istiqamətdə səylərini sürətləndirməyə çağırırıq. Mən 1 milyon qaçqın və məcburi köçkün adından deyirəm ki, onlar 20 ildir ki, öz doğma torpaqlarına və evlərinə dönə bilmirlər və bu, Avropa zonasında insan haqlarının ən böyük pozuntusudur. AŞ PA Avropa Şurası üzv dövlətlərindən birinin ərazisinin digər üzvü tərəfindən uzunmüddətli işğalı faktına laqeyd yanaşmamalı və bu məsələlərə ciddi yanaşmalıdır. AŞ PA-da bu məsələ ilə bağlı son müzakirələrin nə vaxt aparıldığını yada salaq. Bu məsələ ilə bağlı apardığımız müzakirələrin tarixini xatırlayaq, təəssüflər olsun ki, mən xatırlaya bilmirəm. AŞ PA-nın qeyd edilən qətnaməsi bəyan edir ki, Ermənistan Azərbaycan torpaqlarını tərk etməli və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma evlərinə dönmələrinə imkan verməlidir. Bu qətnamənin qəbulundan 9 il keçməsinə baxmayaraq, Ermənistan onu yerinə yetirməkdən imtina edir. Azərbaycanlı qaçqın və məcburi köçkünlər sizdən səylərinizi daha da artırmanızı gözləyirlər. Sadəcə müzakirələr aparmaq və sənədlər qəbul etmək kifayət deyil. Bu adamlar sizi qəbul etdiyiniz qətnamələrin və sənədlərin yerinə yetirilməsi üzərində ciddi nəzarət həyata keçirməyə, daha effektiv mexanizmləri tətbiq etməyə və onların pozulmuş hüquqlarını müdafiə etməyə və bu məsələ ilə bağlı müzakirələr aparmağa çağırırlar. Mən Assambleyanı bu insanların səsini duymağa və 1416 saylı qətnamənin yerinə yetirilməsi üçün öz təsir və təzyiq mexanizmlərini gücləndirməyə çağırıram".

Bir ilə 11300 ev və obyekt təmir-bərpa olunub - Erməni terrorundan zərərçəkənlər artıq yeni evlərinə köçüb (Trend TV ) (FOTO)
Bir ilə 11300 ev və obyekt təmir-bərpa olunub - Erməni terrorundan zərərçəkənlər artıq yeni evlərinə köçüb (Trend TV ) (FOTO)
Prezident İlham Əliyev Rumıniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (FOTO)
Prezident İlham Əliyev Rumıniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (FOTO)
Prezident İlham Əliyev Qırğız Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (FOTO)
Prezident İlham Əliyev Qırğız Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (FOTO)
Loading Bars
Xəbər lenti
Ağdamda qazıntı zamanı 2 nəfərin çürümüş meyiti aşkarlandı - RƏSMİ
Bərdədə erməni terrorunun qurbanları anılıb
Bir ilə 11300 ev və obyekt təmir-bərpa olunub - Erməni terrorundan zərərçəkənlər artıq yeni evlərinə köçüb (Trend TV ) (FOTO)
Nəsimi rayonunda ağacın dibi betondan təmizlənib
Dövlət Dəniz və Liman Agentliyinə sədr təyin olunub
Mingəçevirdə iki müəllim koronavirusdan vəfat edib, direktor karantinə alınıb
Prezident İlham Əliyev Rumıniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (FOTO)
Prezident İlham Əliyev Qırğız Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (FOTO)
Azərbaycanda kapital bazarına investisiyalar artıb
İlbiz terapiyası - üz və bədəndə möcüzə yarada bilir
Gözümün qarşısında beş nəfər həlak oldu - Bərdə terrorunun şahidi
Bu il sürücülər avtomobil yollarına yarım milyon manatdan artıq ziyan vurublar
Millət vəkili Könül Nurullayeva Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib (FOTO)
Ağdaşda iki şadlıq sarayının icarədarı və toy sahibləri cərimələnib (FOTO)
Bakı Fond Birjası "Yaşıl istiqrazlar" buraxmağa hazırdır
Bakıda iki azyaşlı qızına təcavüz edən şəxsə hökm oxundu
Gömrükdən qanunsuz keçirilən 18 kiloqramdan çox qızıl müsadirə edildi
Azərbaycan nefti ucuzlaşıb
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 2 dəfədən çox artıb
Abşeronda şəhid Fərid Məmmədovun xatirəsinə ucaldılan abidə-bulaq kompleksinin açılışı olub, il mərasimi keçirilib (FOTO)
Azərbaycan iki ölkədən idxalı məhdudlaşdırıb
Bakı Fond Birjasında "Bravo"nun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib (FOTO)
Bərdədə evdən çıxan koronavirus xəstələri saxlanılıblar
Cocuq Mərcanlıda ermənilərin dağıtdığı evlər tam bərpa olunub (FOTO)
Binəqədidə yaşayış binasında yanğın olub
157 qazi yüksək texnologiyalı protezlərlə təmin edilib (FOTO)
Bakıda daha bir şadlıq sarayının rəhbərliyi cərimələnib
Kapital Bank sahibkarlara təcili ödənişlər funksiyasını təqdim edir
Bakı Ali Neft Məktəbinə 21 nəfər olimpiada qalibi qəbul edilib
İsmayıllıda zəlzələ olub
Zəngilandan verilən mesajlar: Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik - TƏHLİL
Xarici valyutaların manata qarşı məzənnələri
Dövlət Məşğulluq Agentliyi və “Sumqayıt Kimya Sənaye Parkı” əməkdaşlığa başlayır
Türkiyəyə PUA kameralarını satmaqdan itmina edən Kanada şirkəti müflis oldu
İraqda uşaq evlərində saxlanılan 38 azərbaycanlı uşaq ölkəmizə gətirilib - XİN
Dollar üzrə bir faiz gəlirlik vəd edən depozit məhsulu...
Gəncədə evdə dəhşətli yanğın, 3 nəfər yanıb öldü
Davamlı qoruyuculuq üçün "buster" doza vacibdir - AÇIQLAMA
Cənubi Koreyada altı şirkət təxminən 330 min avtomobili geri çağıracaq
Meksika mətbuatı Azərbaycanın 30 illik inkişaf yolundan yazıb (FOtO)
Yaponiyada 4,6 bal gücündə zəlzələ olub
"Bayraktar TB2" PUA-larının ixrac ediləcəyi ölkələrin sayı 13-ə yüksəlib
Daha iki boksçumuz dünya çempionatına qələbə ilə başlayıb
Türkiyə və ABŞ müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
"Barselona"nın baş məşqçisi vəzifəsindən azad olundu
Bakı sakini mənzildə halsız vəziyyətdə aşkar edilib
"Barselona" 19 ildən sonra ilk dəfə bu kluba məğlub oldu
"Intel" fərdi kompüterlər üçün yeni nəsil prosessorları təqdim edib
Füzuli beynəlxalq aeroportunun açılışı Qarabağ erməniləri üçün onları Azərbaycan vətəndaşları kimi gözləyən daha yaxşı gələcəyin nümunəsidir - Korotçenko
Zəfər xronikası 28 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibə verib (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 28 oktyabr
Abşeronda intihara cəhdin qarşısı alınıb
Avropada COVID-19-a yoluxma və ölüm halları artmaqda davam edir
"Instagram"da yeni funksiya əlavə olunub
Füzuli beynəlxalq hava limanının açılışı Qarabağı qlobal kommunikasiya və əməkdaşlıq şəbəkəsinə daxil edəcək - Rusiyalı ekspert
Dövlət başçılarının Füzuli hava limanını birgə açması Azərbaycan-Türkiyə sarsılmaz birliyinin əyani təzahürüdür - Komitə sədri
Saatlı və Ağcabədidə ev yanıb
Mövsümi qriplə mübarizə necə aparılmalıdır? - AÇIQLAMA
Azərbaycan Ələt iqtisadi zonasına investisiyalarla bağlı 13 ölkə ilə sazişlər imzalayıb - Nazir müavini
Dünya ölkələrində selfi çəkərkən 379 nəfər həyatını itirib
MDU ilə Kiyev Milli İqtisadiyyat Universiteti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub (FOTO)
AQTİ mütəxəssisləri ictimai iaşə sahələrinin əməkdaşlarına növbəti təlim keçib
ABB-dən hər kəsə nağd pul krediti
Zəfər Günü ilə əlaqədar rəsm müsabiqəsi keçirilir
Baş Prokuror Xristos Cakumopulosun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Üç məhkəmə hakiminin səlahiyyətinə xitam verilib
“Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib (FOTO)
Türkiyə prezidentinin Qarabağa səfəri bütün dünyaya Azərbaycanın tək olmadığını göstərdi - Azər Qarayev
Oktyabrın 28-nə USD/AZN rəsmi məzənnəsi
Silsilə Zəfər tədbirləri keçiriləcək (FOTO)
Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)
İran Azərbaycanla konstruktiv münasibətlərin inkişaf etdirilməsinin tərəfdarıdır - XİN başçısı
İspandilli mediada Füzuli Beynəlxalq Aeroportunun açılışı haqqında materiallar dərc edilib (FOTO)
Dünyaya ünvanlanan birlik, həmrəylik, qardaşlıq mesajı
Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edildi (ƏLAVƏ OLUNUB)
Kamal Abdulla Venesuelanın ölkəmizdəki səfiri ilə görüşüb (FOTO)
Əcnəbilər yol hərəkəti ilə bağlı Azərbaycan ərazisində cəriməni necə ödəyirlər?
AzMİU-da Elmi Şuranın növbəti iclası keçirilib (FOTO)
ƏƏSMN-in “Zəfər” altsistemi yaradılır
Avropa Məhkəməsi Polşanı cərimələdi - Hər gün bir milyon avro ödəyəcək
Qaradağda 2-ci Qarabağ müharibəsi şəhidlərinin ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)
Azərbaycan-Çin hökumətlərarası komissiyasının videokonfrans formatında iclası keçirilib (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Aİİ tərəfindən təşkil olunan “Xristianlıq” tədris kursu fəaliyyətə başlayıb (FOTO)
Azərbaycanda 2300 nəfər COVID-19-a yoluxub, 27 nəfər vəfat edib
Əməkdar rəssam vəfat edib
İmişli Neft Terminalının fəaliyyəti məhdudlaşdırılıb (FOTO/VİDEO)
Şəhidlərimizin anım mərasimi keçirilib (FOTO/VİDEO)
DSMF-nin büdcə gəlirləri və xərcləri məlum olub
Azərbaycan və Dünya Bankı arasında kredit müqaviləsi imzalanıb
Azərbaycan çox qısa zamanda barmaqla göstərilən ölkələr arasında yerini alacaq - Ərdoğan (VİDEO)
Uşaq və yeniyetmələr arasında mədə-bağırsaq xəstəlikləri artıb
TAP konsorsiumu rəqəmsallaşdırma sahəsində tenderlər elan edəcək
Hansı uşaqlara vaksin vurdurmaq tövsiyə edilir?
Füzuli Beynəlxalq Hava Limanının açılışı Azərbaycan tarixində unudulmaz səhifə açdı - Deputat
Hazırda yas mərasimlərinin keçirilməsinə icazə yoxdur - Dini komitə
Uşaqları koronavirusdan necə qorumalıyıq? - AÇIQLAMA
DİN kibercinayətkarlıqlarla bağlı vətəndaşlara müraciət edib
“Nar” daha bir satış və xidmət mərkəzini yenilədi (FOTO)
Taxıl Fondu Dövlət Ehtiyatları Agentliyinin sərəncamına verilib
Bütün xəbərlər