...

ATƏT Ağdamda monitorinq keçirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Sentyabr 2014 13:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir İlkin İzzət/

Ağdamda qoşunların təmas xəttində keçirilə monitorinq zamanı incident baş verməyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 30-da Ağdam rayonunun Sarıcalı kəndinin yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və onun səhra köməkçisi Yevgeni Şarov, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Peter Svedberq keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti