...

Rəsmi Bakı Dağlıq Qarabağ separatçılarının Rusiyada KVN festivalında iştirakının qarşısını alır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Noyabr 2014 16:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir Səba Ağayeva/

Azərbaycanın Rusiyadakı səfirliyinə separatçı Dağlıq Qarabağ regionunun komandasının beynəlxalq festivalda mümkün iştirakının qarşısını almaq tapşırılıb.

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev Trend-ə bildirib ki, Azərbaycanın Rusiyadakı səfirliyinə separatçı Dağlıq Qarabağ regionu yığmasının Şən Hazırcavablar Klubu (KVN) komandalarının "KiViN-2015" beynəlxalq festivalında ayrıca komanda kimi mümkün iştirakı məsələsini öyrənmək və informasiyanın təsdiqləniyi halda lazımi tədbirlər görmək tapşırılıb.

Ermənistan KİV separatçı rejimin komandasının gələn ilin yanvarında Soçidə keçiriləcək ŞHK komandalarının "KiViN-2015" beynəlxalq festivalında ayrıca komanda kimi iştirak etmək üçün dəvət edildiyi barədə məlumat yayıb. Beynəlxalq KVN İttifaqının rəsmi saytında qeyd olunur ki, yığma artıq festivalda iştirak etmək üçün qeydiyyatdan keçib.

H.Hacıyev deyib ki, Ermənistan belə əsassız addımlar atmaqla təxribat fəaliyyəti həyata keçirir: "Ermənistan tərəfi belə mənasız işlərlə məşğul olmaqdansa münaqişənin həllində daha konstruktiv mövqe tutmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti