...

"Washington Times": "ABŞ niyə Ukraynanı dəstəkləyir, amma Azərbaycanı yox?"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Aprel 2015 12:47 (UTC +04:00)
ABŞ post-sovet məkanındakı münaqişələrə münasibətdə ardıcıl siyasət yeritməlidir.
"Washington Times": "ABŞ niyə Ukraynanı dəstəkləyir, amma Azərbaycanı yox?"

Azərbaycan, Bakı, 29 aprel /Trend/

ABŞ post-sovet məkanındakı münaqişələrə münasibətdə ardıcıl siyasət yeritməlidir.

Trend-in məlumatına görə, bu barədə "Washington Times" qəzetində dərc olunan məqalədə bildirilir.

Məqalənin müəllifi "Baltimore Jewish Times" qəzetinin sabiq baş redaktoru Maayan Caffe (Maayan Jaffe) öz yazısında qeyd edir ki, Ağ Ev və ABŞ Konqresi son aylar Ukraynanı ərazi bütövlüyü uğrunda mübarizədə dəstəkləyir:

"Prezident, vitse-prezident və Konqresin mötəbər üzvləri Ukraynaya qarşı aqressiyanın qarşısının alınması üçün bu ölkəyə hərbi yardım göstərilməsi ilə bağlı mövqe sərgiləyiblər. Bu, başqa ölkələrə də aiddir. Lakin ABŞ niyə eyni addımı Qafqazdakı müttəfiqi Azərbaycanla bağlı atmır? ABŞ-ın möhkəm və uğurlu xarici siyasəti üçün gərəkli olan ardıcıllıq hardadır? Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğala məruz qaldığı 20 il ərzində İrəvan Azərbaycanın suverenitetini və ərazi bütövlüyünü pozaraq Dağlıq Qarabağda və ətrafdakı 7 rayonda etnik təmizləmə aparıb".

Məqalədə qeyd olunur ki, Dağlıq Qarabağ və ətrafdakı 7 rayon tarixi olaraq Azərbaycana məxsusdur və bu, beynəlxalq ictimaiyyət tərəfindən tanınıb. M.Caffe yazısında vurğulayıb ki, bu torpaqlar 1992-ci ildən 20 ildir Ermənistanın işğalında qalır.

"Bir ölkənin beynəlxalq ictimaiyyət tərəfindən də tanınmış ərazilərinin başqa ölkə tərəfindən işğal edilməsi qəbuledilməzdir. Beynəlxalq hüquq Azərbaycanın mövqeyini aydın şəkildə dəstəkləyir. Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsi BMT-nin münaqişələrlə bağlı qətnamələri əsasında nizamlanmalıdır", - deyə müəllif yazıb.

O, ABŞ-ın Ukrayna, Gürcüstan və Azərbaycandakı münaqişələri qiymətləndirməkdə ardıcıl olmasının vacibliyini qeyd edib: "Bir çoxları gecikərək etiraf edirlər ki, əgər Ermənistan və Azərbaycan arasındakı, eləcə də Gürcüstandakı münaqişələrə yanaşmada daha ardıcıl olsaydıq, Ukraynadakı faciəvi hadisələrin də qarşısını almaq mümkün olardı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti