...

Mübariz Əhmədoğlu: Erməni elitasının bioloji saatı Dağlıq Qarabağ tənzimləməsinin vaxtını müəyyənləşdirə bilmir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Yanvar 2016 10:12 (UTC +04:00)
2015-ci ilin dekabrın 7-də Ermənistanın baş naziri O.Abramyan Spitakda diqqət çəkən açıqlama verdi: “Fəlakət zonasında bütün məsələləri birdən-birə həll etmək mümkün deyil”.
Mübariz Əhmədoğlu: Erməni elitasının bioloji saatı Dağlıq Qarabağ tənzimləməsinin vaxtını müəyyənləşdirə bilmir

Bakı. Trend:

2015-ci ilin dekabrın 7-də Ermənistanın baş naziri O.Abramyan Spitakda diqqət çəkən açıqlama verdi: "Fəlakət zonasında bütün məsələləri birdən-birə həll etmək mümkün deyil".

Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, Baş nazir bu bəyanatı verəndə Spitak zəlzələsinin 27-ci ili tamam olmuşdu: "Spitak zəlzələsi zamanı Ermənistana güclü siyasi və mənəvi dəstək verildi:

A) O vaxt SSRİ-nin baş katibi M.S.Qorbaçov zəlzələ regionuna səfər etdi, vəziyyətlə tanış oldu.
B) SSRİ Nazirlər Sovetinin sədri N.Rıjkov zəlzələ regionunda bir həftədən çox yaşadı və fəlakətin nəticələrinin aradan qaldırılmasına birbaşa rəhbərlik etdi.
C) ABŞ prezidenti ata Buşun oğlu, indi prezidentliyə namizəd Ceb Buş ABŞ-dan gələn yardım karvanına başçılıq etdi.
Ç) Dünya erməniləri qısa müddət ərzində Ermənistanla əlaqə saxladılar, əhaliyə ürək-dirək verdilər.

M.Əhmədoğlu qyed edib ki, zəlzələyə görə Ermənistana ayrılan vəsaitlərin miqdarı da o zaman ermənilərin gözlədiyindən çox oldu: "SSRİ hökuməti Ermənistan SSRİ-nin 2 illik büdcəsi qədər vəsaiti Ermənistanın dövlət büdcəsinə ayırdı. O vaxtkı qiymətlə 7 milyard dollar. Məhz o əməlinə görə də SSRİ Nazirlər Sovetinin sədri N.Rıjkova Ermənistanın Milli qəhrəmanı adı verildi".

Mərkəz rəhbəri deyib ki, bu nominasiyada N.Rıjkov Ermənistan vətəndaşı olmayan, milliyyətcə qeyri-erməni olan ilk və yeganə şəxsdir: "Keçmiş SSRİ-nin müxtəlif respublikaları və təşkilatları da Ermənistana külli miqdarda yardım göndərdilər. Erməni diasporu dünyanın hər bucağından Ermənistana maliyyə yardımı təşkil etdi. Belə güclü siyasi dəstəyin və maliyyə yardımının alınmasına baxmayaraq Ermənistan rəhbərliyi bu günə qədər Spitak zəlzələsi regionunun bərpasına başlamayıblar".

Politoloq bildirib ki, 27 il keçdikdən sonra deyirlər ki, əlavə vaxt lazımdır: "Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində də mövqeyi belədir: Dağlıq Qarabağ problemi mürəkkəb problemdir, onu qısa zamanda həll etmək mümkün deyil. Ermənistanın bu mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir: Guya hələ Dağlıq Qarabağ problemini həll etmək üçün vaxt lazımdır. Yeri gəlmişkən, Dağlıq Qarabağ probleminin yaşı Spitak zəlzələsinin yaşından bir il çoxdur. Spitak zəlzələ regionunda bərpa işlərinin vəziyyəti nə yerdədirsə, Ermənistanın Dağlıq Qarabağ tənzimlənməsinə hazırlığının vəziyyəti də eyni ilə həmin yerdədir".

M.Əhmədoğlu hesab edir ki, ermənilərin bioloji saatının dünyanın digər xalqlarının bioloji saatından fərqli işlədiyini nümayiş etdirmək üçün bu ən yaxşı misaldır: "Amma bu mövqeyimizi əlavə misallarla da möhkəmləndirə bilərik. Ermənilər 1990-cı ilin yanvarın 13-də Bakıda erməni qırğınından danışırlar. Amma 1987-ci ilin dekabrında Ermənistan SSR-in ərazisində yaşayan azərbaycanlılara qarşı törədilən qırğınlar mövzusunda danışmaq belə istəmirlər. Görünür, o vaxt da ermənilərin orqanizmindəki saatlar yatıbmış".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti