...

Uorlik: Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Vyana görüşünün nəticələrindən ruhlanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 May 2016 17:14 (UTC +04:00)
ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünün nəticələrindən ruhlanıb.
Uorlik: Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Vyana görüşünün nəticələrindən ruhlanıb

Bakı. Anaxanım Hidayətova - Trend:

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünün nəticələrindən ruhlanıb. Bunu Trend-ə amerikalı həmsədr Ceyms Uorlik deyib.

C.Uorlik bildirib: "Biz ötən gün keçirilmiş görüşdən çox ruhlanmışıq. Hər iki prezident atəşkəs rejimi razılaşmasına əməl etmək, etimadın möhkəmləndirilməsi üzrə vacib tədbirləri aktivləşdirmək və gələn ay danışıqlara başlamaq öhdəliklərini götürüblər ki, bu da hərtərəfli nizamlanmaya gətirib çıxara bilər".

Onun sözlərinə görə, prezidentlər status-kvo çərçivəsindən çıxmaq və regionda bütün insanlara fayda verə biləcək tədbirlər görmək üçün siyasi iradə nümayiş etdirdilər: "ABŞ və həmsədrlər bu işdə istənilən zəruri köməyi göstərməyə hazırdırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti