...

Kiprli diplomat erməni yalanını ifşa etdi (ÖZƏL)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyun 2017 15:04
Azərbaycan, Kipr və digər ölkələrin nümayəndələrinin iştirak etdiyi beynəlxalq təşkilatın işi çərçivəsində yüksək vəzifəli Kipr diplomatı erməni yalanını ifşa edib.
Kiprli diplomat erməni yalanını ifşa etdi (ÖZƏL)

Trend-i buradan izləyin

Bakı. Elmira Tariverdiyeva - Trend:

Azərbaycan, Kipr və digər ölkələrin nümayəndələrinin iştirak etdiyi beynəlxalq təşkilatın işi çərçivəsində yüksək vəzifəli Kipr diplomatı erməni yalanını ifşa edib.

Bu barədə Trend-ə diplomatik mənbədən məlumat verilib.

Daha əvvəl Ermənistan Müdafiə Nazirliyi yaydığı məlumatda iddia etmişdi ki, Kiprin xarici işlər naziri İoannis Kusulides Ermənistanın müdafiə naziri Vigen Sarkisyanla görüşü zamanı guya Dağlıq Qarabağın "tarixi erməni torpaqları"n olduğunu demişdi.

Lakin kiprli diplomatın sözlərinə görə, İ.Kusulides bu cür sözlər səsləndirməyib və Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini dəstəkləyəcək hər hansı bir ifadə işlətməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti