...

Antiazərbaycan mövqeli avstraliyalı deputat mandatdan məhrum oluna bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Noyabr 2017 12:52 (UTC +04:00)

Bakı. Ləman Zeynalova - Trend:

Avstraliyalı deputat Con Aleksandr ikili vətəndaşlığı olmaqda şübhəli bilinir və əgər bu sübut olunarsa, bu amil baş nazir Con Törnbull hökuməti üçün təhlükəli ola bilər.

Trend-in məlumatına görə, bu barədə Avstraliyanın “news.com.au” saytındakı məqalədə yazılıb.

Məqalədə qeyd olunur ki, millət vəkilinin atası XX əsrin əvvəllərində Avstraliyadan Böyük Britaniyaya miqrasiya edib: “Avstraliya vətəndaşlığı yalnız 1949-cu ildə, Con Aleksandr dünyaya gəlməmişdən iki il əvvəl təsis edilib”.

Müəlliflər bildirir ki, Avstraliya Ali Məhkəməsi C.Aleksandrın 2016-cı ildə parlamentə seçilməsini etibarsız hesab edərsə, ondan boşalan kürsüyə əlavə seçkilər keçiriləcək.

Qeyd edək ki, C.Aleksandr Azərbaycan əleyhinə çıxışları ilə və Ermənistanın işğal siyasətinin qatı dəstəkçisi kimi tanınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti