...

Səfir: Özbəkistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir (ÖZƏL)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyun 2018 18:03 (UTC +04:00)
Özbəkistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib və dəstəkləməkdə davam edir
Səfir: Özbəkistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir (ÖZƏL)

Bakı. Fikrət Doluxanov - Trend:

Özbəkistan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib və dəstəkləməkdə davam edir.

Bunu Trend-ə eksklüziv müsahibədə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Hüseynov deyib.

Səfir xatırladıb ki, Özbəkistan birinci prezidenti İslam Kərimovun rəhbərliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin tam həllinədək Ermənistanla diplomatik münasibətlər qurmaqdan imtina etmişdi:

“Bugünkü gün Özbəkistan prezidenti Şavkat Mirziyoyev dəfələrlə vurğulayıb ki, Daşkəndin münaqişə ilə bağlı mövqeyi dəyişməzdir”.

H.Hüseynov hesab edir ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı özünü çox yormur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti